Yollarımızda şənbə günü: 2 ölü, 3 yaralı

Yollarımızda şənbə günü: 2 ölü, 3 yaralı

Yollarımızda şənbə günü: 2 ölü, 3 yaralı

Martın 26-da Azərbaycanda baş verən yol qəzalarında 2 nəfər dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, şənbə günü ərzində ölkə yollarında ümumilikdə 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə daha 3 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölümlə nəticələnən qəzalar Bərdədə və Qusarda baş verib. Bərdədə "Mercedes" 39 yaşlı qadının vuraraq öldürüb. Qusarda isə minik avtomobilinin ağaca çırpılması nəticəsində 47 yaşlı kişi vəfat edib.

Dostlarınla paylaş


Şərhlər


Top