Sabirabadda 16 yaşlı gənci avtomobil vurub

Sabirabadda 16 yaşlı gənci avtomobil vurub

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada vurulub. Сars-az APA-ya istinadən xəbər verir ki, hadisə 15.30 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nizami kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Ağayev Qəmbər Müseyib oğlu idarə etdiyi "VAZ 2106" markalı, 10 FC 163 dövlət nömrə nişanlı avtomobillə Nizami kənd sakini, 2000-ci il təvəllüdlü Niftullayev Amil Vaqif oğlunu vurub. Nəticədə sonuncu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib. Faktla bağlı BDYPİ-də tədqiqat aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top