Qazaxda qəza oldu, bir nəfər öldü

Qazaxda qəza oldu, bir nəfər öldü

Qazax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Сars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qazax rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobilin toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Səfərov Elvin Elçin oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top