İki avtomobil toqquşdu: yaralanan var

İki avtomobil toqquşdu: yaralanan var

Bakı-Qazax avtomagistralının Yevlax rayon ərazisindən keçən 290-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Сars-az eltv-yə istinadən xəbər verir ki,"Wolksvagen" markalı 90-GV-200 dövlət nömrə nişanlı avtomobil ilə "VAZ 21-06" markalı 03-BB-524 dövlət nömrə nişanlı avtomobil toqquşub. Hadisə zamanı "Wolksvagen" markalı avtomobildə olan sərnişin yüngül bədən xəsarətləri alaraq, Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top