“Qazel” 54 yaşlı qadını vurdu - Siyəzəndə

“Qazel” 54 yaşlı qadını vurdu - Siyəzəndə

“Qazel” 54 yaşlı qadını vurdu - Siyəzəndə

Bu gün axşam saatlarında Siyəzən rayonunun Yenikənd yaşayış massivi ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Şabran rayon sakini Məlikov Adil Firuz oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili piyada Siyəzən rayon sakini 1962-ci il təvəllüdlü İsrafilova Nailə Həsən qızını vurub. Nəticədə 54 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzanın sürücünün ehtiyatsızlığı ucbatından baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top