04.11.2015
Qəzalar
Goranboyda ağır qəza: 1 ölü, 2 yaralı
Goranboy rayonu Səfikürd kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.
Cars-az xəbər verir ki, rayon sakinləri Bəxtiyar Ələsgərovun idarə etdiyi “HOVO” və Sarif Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Nəticədə S.Məmmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.