Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.

Cars-az xəbər verir ki, rayon sakini Zamir Səfərovun və Quba rayon sakini Namiq Manafovun idarə etdikləri “VAZ” və Bakı şəhər sakini Adil Qəhrəmanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Manafov və Z.Səfərovun sərnişini xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilməsinə baxmayaraq N.Manafovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top