04.11.2015
Qəzalar
Yevlaxda avtomobil aşdı
Yevlax rayonu ərazisində yol qəzası baş verib.
Cars-az eltv-yə istinadən xəbər verir ki, Mingəçevir şəhəri istiqamətinə hərəkət edən "Daewoo Nexia" markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Mingəçevir şəhər sakini Aftandil Adışirin oğlu Quliyevə məxsus avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.