04.11.2015
Qəzalar
Ağır yol qəzası sürücünün ölümünə səbəb olub
Gəncənin Gülüstan qəsəbəsi yaxınlığında baş verən qəza nəticəsində xəstəxanaya yerləşdirilən 56 yaşlı sürücü Nəsir Abdullayev dünyasını dəyişib. Cars-az “report”a istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “VAZ 21099” markalı avtomobilin sürücüsü olan mərhum Namiq Muradxanlının idarə etdiyi “LADA Priora” markalı avtomobillə toqquşub. İlkin ehtimala görə qəzaya səbəb “VAZ 21099”un sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.