Bakıda bayker qəzada öldü

Bakıda bayker qəzada öldü

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən trend-ə verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində baş verib. Belə ki, avqustun 18-də saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Anar Əhmədovun idarə etdiyi "Ford" markalı avtomobillə "Honda" markalı motosiklet toqquşub, nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top