04.11.2015
Qəzalar
57 yaşlı sürücü maşını aşırıb xəstəxanalıq oldu
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı minik maşınının sürücüsü, 57 yaşlı Nəcəfov Çingiz İdris oğlu Qazax istiqamətində hərəkətdə olarkən maşının idarəetməsini itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü Ç. Nəcəfov hadisə zamanı aldığı müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirilər. Hadisənin dəqiq başvermə səbəbi araşdırılır.