04.11.2015
Qəzalar
Cəlilabadda ağır yol qəzası baş verib: 2 ölü, 5 yaralı
Avqustun 17-də saat 01 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndində rayon sakini Ramiz Şükürov və Vüqar Həziyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Cars-az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sürücü və V.Həziyevin 4 sərnişini, habelə R.Şükürovun 1 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rasim İbişov və Rəvan Həziyev orada ölüblər. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.
Fidan