Rusiya vətəndaşı Qusarda traktoru vurdu - YENİLƏNİB

Rusiya vətəndaşı Qusarda traktoru vurdu - YENİLƏNİB

Rusiya vətəndaşı Qusarda traktoru vurdu - YENİLƏNİB

Avqustun 16-da Qusar rayonu Samur qəsəbəsində traktorun iştirakı ilə yol qəzası baş verib.

Cars-az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Rusiya Federasiyası vətəndaşı Xadik Osmanovun idarə etdiyi “Toyota” markalı avtomobillə rayon sakini Əzim Əzimovun idarə etdiyi “T-25” markalı traktor toqquşub.

Baş vermiş yanğın nəticəsində avtomobilin və traktorun yanar konstruksiyaları yanıb, Ə.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb.

09:15

Avqustun 16-sı Qusarda yol nəqliyyat hadisəsi baş verib.

Cars-az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qusar rayonu, Samur qəsəbəsində (rayon mərkəzindən 30 km aralı) “Toyota” markalı minik avtomobili ilə "T-25" markalı traktorun toqquşması nəticəsində yanğın hadisəsi baş verib.

Yanğın nəticəində hər iki nəqliyyat vasitəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Dostlarınla paylaş


Şərhlər


Top