04.11.2015
Qəzalar
Sumqayıtda "Renault" yanıb
Sumqayıtda "RENAULT" markalı minik avtomobili yanıb.
Cars-az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus "RENAULT" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 17:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.