04.11.2015
Qəzalar
Gəncədə baş verən qəzada sürücü öldü
Gəncə şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Cars-az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Gəncə şəhər sakinləri Nəsir Abdullayevin və Ramin Muradxanlının idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə Nəsir Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.