05.02.2016
Qəzalar
Gəncədə qəza: 2 nəfər yaralanıb
Сars-az kəpəztv-yə istinadən xəbər verir ki, bu gün saat 12 radələrində Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Nizami prospektinin Şəddadilər küçəsi ilə kəsişməsində qeydə alınıb. İşıqforun qadağanedici işarəsinə məhəl qoymayan "TATRA" markalı yük maşını "VAZ 2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik maşınında olan 2 sərnişin aldıqları müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.