Biznesmen Rolls-Royce-la qəzaya düşdü

Biznesmen Rolls-Royce-la qəzaya düşdü

Rusiyanin tanınmış biznesmeni Aleksandr Aristov yol-nəqliyyat qəzasına düşüb. Сars-az anspress-ə istinadən bildirir ki, hadisə Çelyabinskdə baş verib.

Aleksandr Aristovun dəyəri 398 000 min manat olan "Rolls-Royce"su "VAZ-2114"lə toqquşub. Oliqarxın olduğu elit avtomobilin qəza anı müşahidə kameralarına düşüb. Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan oliqarx zərər çəkməsə də avtomobilə ciddi ziyan dəyib. Yayılan kadrlardan qəzada günahın "Rolls-Royce" sürücüsündə olduğu görünür.

Bu qəzadan sonra biznesmen öz sürücüsünü işdən çıxarmaq niyyətindədir. O eyni zamanda Aristovun mühafizəsi ilə məşğuldur. Sahibkarın fikrincə sürücü qəza anında qeyri-peşəkar hərəkət edib. Aristov bildirib ki, əgər "VAZ-2114" ilə toqquşma zamanı "Lamborghini" və ya "Ferrari"sinin sükan arxasında olsaydı onda o çətin sağ qalardı.

Dostlarınla paylaş


Şərhlər


Top