05.02.2016
Qəzalar
Avtomobil yaşlı kişini vurdu
Ötən gün axşam saatlarında Quba şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Сars-az apa-ya istinadən xəbər verir ki, rayonun Ərməki kənd sakini, 1955-ci il təvəllüdlü Səfərəliyev Teyfur Zülfüqar oğlu şəhərin Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobillə vurub. O, Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkmişin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.