Bakıda ağır qəza: xəsarət alan var

Bakıda ağır qəza: xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda Lada markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyindən Сars-az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:45-də başa çatıb.

Dostlarınla paylaş


Şərhlər


Top