Sərnişin avtobusu ilə yük maşını toqquşdu: yaralılar var

Sərnişin avtobusu ilə yük maşını toqquşdu: yaralılar var

Sərnişin avtobusu ilə yük maşını toqquşdu: yaralılar var

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. Сars-az eltv-yə istinadən xəbər verir ki, Əvəz Nəcəfovun idarə etdiyi Bərdə istiqamətində hərəkətdə olan "Ford" markalı sərnişin avtobusu ilə Sakit Həsənovun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub.

Nəticədə yük avtomobilində olan 2 nəfər sərnişin yüngül bədən xəsarəti alıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yük avtomobilinin qəflətən Şəki-Bərdə marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top