03.02.2016
Qəzalar
“Təcili yardım” maşın avtobusla toqquşdu: 4 ölü, 8 yaralı
Xarkovda "təcili yardım" maşınının avtobusla toqquşması nəticəsində 4 nəfər ölüb.
Сars-az apa-ya istinadən bildirir ki, "təcili yardım" maşını qəfil yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn avtobusla toqquşub.
Qəza nəticəsində "təcili yardım" maşınının sürücüsü və həkim-feldşer hadisə yerində ölüb, maşında olan 4 yaşlı uşaq və digər həkim aldıqları xəsarətlərdən xəstəxanada keçiniblər.
Uşağın anası daxil olmaqla daha 8 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıblar.
İlkin versiyaya əsasən, qəzaya səbəb "Təcili yardım" maşınının sürücüsünün sükan arxasında qəfil keçinməsi olub.