Avtomobil piyadanı vuraraq öldürüb

Avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Сars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 2-də saat 14 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Xırdalan şəhər sakini Şəhriyar Şükürlü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Məhiyəddin Şərifovu vurub. O, hadisə yerində ölüb.

Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top