04.02.2016
Qəzalar
Məktəb avtobusu toqquşdu: 12 yaralı
ABŞ-ın Noksvill şəhərində (Tennessi ştatı) məktəb avtobusu minik avtomobili ilə toqquşub. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 12 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb. Məktəblilər xəstəxanaya yerləşdirilib, onların həyatlarına təhlükə olmadığı bildirilir. Qəza zamanı avtobusda 75 nəfər olub. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.