Baş nazirin maşınının yolunda partlayış: yaralanan var

Baş nazirin maşınının yolunda partlayış: yaralanan var

Baş nazirin maşınının yolunda partlayış: yaralanan var

Türkiyənin baş naziri Əhməd Davudoğlunun kortejinin yolunda partlayış olub. Сars-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə A. Davudoğlunun Mardin ziyarəti zamanı keçəcəyi Cümhuriyyət Meydanında baş verib.

Meydanın önündə olan bankın qarşısına kustar üsulla düzəldilmiş qumbara atılıb.

Hadisə nəticəsində yoldan keçən İbrahim A. adlı bir nəfər yaralanıb. Yaralı təcili yardımla xəstəxanaya çatdırılıb.

Polis partlayışla bağlı araşdırmalara başlayıb. Bölgəyə başqa partlayıcının qoyulub-qoyulmadığı araşdırılır. Partlayışdan sonra polis gücləndirilmiş iş rejiminə keçib.

Dostlarınla paylaş


Şərhlər


Top