04.11.2015
Qəzalar
Gəncədə ağır yol qəzası
Gəncədə yol qəza hadisəsi baş verib. Avtosfer-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Gəncə şəhərində “VAZ” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə, “VAZ” markalı minik avtomobili deformasiyaya uğrayıb, sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Emin