04.03.2016
Qəzalar
Gənc aktrisa qəzaya uğradı – FOTO
Türkiyənin gənc aktrisası Semra Güzel ötən gün axşam saatlarında evə gedərkən qəzaya uğrayıb. Belə ki, arxadan gələn maşın onun "Volkswagen"ini əzib.
Сars-az Türkiyə mətbuatına istinadən bildirir ki, qəza nəticəsində o, huşunu itirib. Aktrisa xəstəxanaya aparılıb. Əldə olunan məlumata görə, hal-hazırda onun vəziyyəti yaxşıdır, evə buraxılıb.