DSMF işçisini maşın vurdu

DSMF işçisini maşın vurdu

Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Qax şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Meşəbaş kənd sakini, 1971-ci il təvəllüdlü Zeynalaşvili Camali Andreyeviç idarə etdiyi motorellerlə hərəkətdə olarkən şəhər sakini, 1965-ci il təvəllüdlü Yunusova Asudə Şaban qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asudə Yunusova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, yaralı xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətini orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alan Asudə Yunusova Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində xadimə işləyir. Hadisə də DSMF-nin qarşısında, xadimənin işə getdiyi vaxt baş verib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

APA

Dostlarınla paylaş


Şərhlər


Top