Göyçayda ağır qəza: 4 ölü, 6 yaralı

Göyçayda ağır qəza: 4 ölü, 6 yaralı

Göyçay rayonunda ağır yol qəzası baş verib. Cars-az xəbər verir ki, hadisə rayonunun Qaraməryəm kəndində qeydə alınıb. Kənd sakinləri Aleksandr Xanbudovun idarə etdiyi “Mercedes” və Ramin İsayevin idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub.

Nəticədə A.Xanbudov və sərnişini İsmayıllı rayon sakini Füzuli Kamilov, habelə R.İsayevin sərnişinlərindən rayon sakini Nərgiz İsayeva hadisə yerində ölüb, R.İsayev və 6 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top