28.12.2015
Qəzalar
Piyadanı vuran şəxs könüllü təslim oldu
Cəlilabad rayonunun Ocaqlı kəndində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 26-da saat 21 radələrində Cəlilabad rayonunun Ocaqlı kəndində müəyyən edilməmiş avtomobillə kənd sakini Elçin Zamanov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib. Hadisəni törətmiş “VAZ-2105” markalı avtomobilin sürücüsü rayon sakini Mahir Qubadov könüllü olaraq RPŞ-yə gəlib. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
Fidan