28.12.2015
Qəzalar
200 km/s sürətlə ölümcül qəza
Sosial şəbəkələrdə saatda 200 km/s sürətlə hərəkət edən avtomobilin qəzaya düşməsinin videosu yayılıb. Cars-az oxu.az-a istinadən xəbər verir ki, sürücü yüksək sürətlə yolun əks-hərəkət istiqamətinə çıxaraq ötmə əməliyyatının yerinə yetirir.
Lakin o yola diqqət etmək əvəzinə, öz məharətini digərlərinə göstərmək üçün spidomtri videoya çəkir. Bu vaxt spidometr 200 km/s göstərir.
Bir neçə saniyədən sonra qəza baş verir. Son məlumata əsasən, sürücü qəzadan sağ çıxmayıb.