27.12.2015
Qəzalar
Tovuzda qəza nəticəsində sürücü xəsarət alıb
Tovuz rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Bakı-Qazax yolunun Düzqırıqlı kəndi ərazisində qeydə alınıb. İdarə etdiyi avtobil ilə qəzaya düşən sürücü 20 yaşlı Duzqırıqlı kənd sakini Tanrverdi Hüseynov xəsarətlər alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanassna yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirdiler. Faktla bağlı araşdırma aparılır.