Sabunçuda yol qəzası - 1 ölü

Sabunçuda yol qəzası - 1 ölü

Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 25-də saat 01:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Maarif İsayev vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Cavid

Dostlarınla paylaş


Şərhlər


Top