25.12.2015
Qəzalar
Tələbə qızı avtomobil vurdu
Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cars-az xəbər verir ki, bu barədə Gəncə Şəhər Təcili Tibbi Xəstəxanasından anspress-ə verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Şəhər sakini Vəfalı Məhərrəmov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü Əsmər Əkbərovanı vurub. Sürücü xəsarət alan qızı avtomobilinə qoyaraq dərhal xəstəxanaya çatdırıb.
Həkimlər onun vəziyyətini normal qiymətləndirir.
Vurulan tələbə Ə.Əkbərova Gəncə Dövlət Universitetinin tələbəsidir.
Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.