Tovuzda ZİL 17 yaşlı qızı vurub

Tovuzda ZİL 17 yaşlı qızı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cars-az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax yolunun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Aybəniz Musayeva yolu keçmək istəyərkən “ZİL 130” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top