25.12.2015
Qəzalar
Turistlər ölümdən döndülər
Fici arxipelaqının qərbindəki "Treasure Island" kurortunda helikopter qəzaya uğrayıb.
Turistləri daşıyan helikopter okean sahilindəki meydançaya enib. Lakin enişdən dərhal sonra pilotun səhlənkarlığı nəticəsində helikopter irəli əyilib və havaya qalxaraq yaxınlıqdakı ağaclara çırpılıb.
Cars-az dailymail-ə istinadən bildirir ki, helikopterdə olan 7 turist arasında yaralanan və xəsarət alanlar yoxdur.
Qəza turistlərin nahar etdikləri restorandan cəmi 7 metr aralıda baş verib.
"Treasure Island" Mamanuka adasındakı məşhur kurortdur.