28.12.2015
Qəzalar
Bakıda qəza zamanı xəsarət alan şəxs öldü
Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb. Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də Sabunçu rayonunun Dərnəgül şosesində Bakı şəhər sakini Mahir Əzizov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Eldar Qurbanovu vurub. Xəstəxanaya yerləşdirilmiş E.Qurbanov dekabrın 27-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.