31.03.2016
Qəzalar
Dönərxana kuryeri idarə etdiyi mopedlə mikroavtobusa çırpılıb
Bakıda dönərxana kuryeri idarə etdiyi mopedlə mikroavtobusla toqquşub. "Report"un məlumatına görə, hadisə Xocalı prospektində, Ş.İ.Xətai metrosunun yaxınlığında baş verib. Belə ki, "Osmanlı" dönər evinin kuryeri işləyən moped sürücüsü sifariş yerindən qayıdarkən idarəetməni itirib və "Mercedes" markalı, 99 FS 458 dövlət qeydiyyat nişanlı mikroavtobusa çırpılıb. Hadisə nəticəsində mopedin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.