Körpü uçdu - 14 ölü

Körpü uçdu - 14 ölü

Hindistanda körpü uçub, ölən və yaralananlar var. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Kəlküttə şəhərində baş verən hadisə nəticəsində ən azı 14 nəfər həlak olub, 150-dən çox insan dağıntılar altında qalıb. Şahidlərin sözlərinə görə, uçqun zamanı güclü partlayış səsi eşidilib. Hadisə yerinə xilasedicilər, polis, ordu və təcili yardım cəlb edilib. Hazırda ABŞ-da səfərdə olan baş nazir Narendra Mondi həlak olanların ailələrinə baş sağlığı verib.

Dostlarınla paylaş


Şərhlər


Top