01.01.2016
Qəzalar
Bayramda qəza - 2 ölü
Astarada ağır yol qəzası olub. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 31-də saat 21 radələrində Astara rayonunun Kələdəhnə kəndində rayon sakini Kamil Qəhrəmanov idarə etdiyi “VAZ-21150” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini - həmyerlisi Qeysər Qəhrəmanov hadisə yerində ölüblər. Astara RPŞ tərəfindən araşdırma aparılır.
Cavid