31.12.2015
Qəzalar
Moskva təyyarəsi təcili eniş etdi
Moskvadan Nyu-Yorka uçan təyyarə Kanadada təcili eniş edib. Cars-az xarici mətbuata istinadən xəbər verir ki, "Aeroflot" kompaniyasına məxsus "Airbus A330-343" tipli təyyarə Qander şəhər aeroportuna enib. Təcili enişin səbəbi təyyarədə sərnişinlərdən birinin doğum sancılarının başlaması olub. Hadisədən sorna təyyarə Nyu-Yorka yola düşüb.