Azərbaycanda yol faciəsi: iki yeniyetməni maşın vurdu

Azərbaycanda yol faciəsi: iki yeniyetməni maşın vurdu

Azərbaycanda yol faciəsi: iki yeniyetməni maşın vurdu

Gecə yarısı ilin son saatında Saatlı rayonunun Günəşli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil Günəşli kənd sakinləri, 1999-cu il təvəllüdlü həmyaşıdlar – Lomanov Rəcəb İsrafil oğlu və Bəyimzan Allahverdi İlham oğlunu vurub. Hər iki yeniyetmə ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib Onlardan biri cərrahiyə əməliyyatına götürülüb. Piyadaları sürücü özü xəstəxanaya çatdırıb. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top