Hacıqabulda iki avtomobil toqquşub

Hacıqabulda iki avtomobil toqquşub

Hacıqabul rayonunun Muğan kəndində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Dekabrın 30-da saat 07:00 radələrində Hacıqabul rayon sakini Emin Şirinovun idarə etdiyi “İJ-2171” və Şirvan şəhər sakini Vilayət Ağayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. E.Şirinov və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top