Bakıda sərnişin qatarı aşdı

Bakıda sərnişin qatarı aşdı

Bakıda sərnişin qatarı aşıb. Cars-az “report”a istinadən xəbər verir ki, Bərdə-Balakən-Bakı marşrutu ilə hərəkət edən qatarın 2 vaqonu Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində relsdən çıxıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentindən daxil olan məlumata görə, iyulun 21-də Bərdə-Balakən-Bakı marşrutu ilə hərəkət edən qatarın 2 vaqonu Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində relsdən çıxdığından qəza yaranıb. Bu səbəbdən də sərnişinlər vaqondan düşürülüb. Qəza zamanı xəsarət alan olmayıb.

Dostlarınla paylaş


Şərhlər


Top