04.11.2015
Qəzalar
Sumqayıtda maşın yandı
Sumqayıt şəhərində vətəndaşa məxsus QAZ markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Cars-az FHN-in saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi və yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.