Yük və minik avtomobilləri toqquşdu: xəsarət alan var

Yük və minik avtomobilləri toqquşdu: xəsarət alan var

Yük və minik avtomobilləri toqquşdu: xəsarət alan var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Cars-az apa-ya istinadən verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolununun Xaçmaz rayonunun Ləman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şabran rayon Ağalıq kənd sakini, 36 yaşlı Ələsgər Yarıyevin idarə etdiyi 10 VT 983 dövlət nömrə nişanlı minik maşını ilə 10 GX 824 dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomobili toqquşub. Nəticədə xəsarət alan Ələsgər Yarıyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

http://img.milli.az/2015/07/21/357987_02.jpg

http://img.milli.az/2015/07/21/357987_03.jpg

Dostlarınla paylaş


Şərhlər


Top