04.11.2015
Qəzalar
Mingəçevirdə avtomobil aşdı: sürücü öldü
Mingəçevir-Xaldan yolunun 3-cü kilometrliyində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1989-cu il İsrafilov Xəyal Sahil oğlunun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:50-də başa çatıb.
Cavid