Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Azərbaycanın bir rayonunda 3 qızı maşın vurdu

Azərbaycanın bir rayonunda 3 qızı maşın vurdu

Azərbaycanın bir rayonunda 3 qızı maşın vurdu

Azərbaycanın bir rayonunda 3 qızı maşın vurdu

Zaqatala rayonunda üç nəfəri maşın vurub. Cars-az xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Muxax kəndində baş verib. Rayonun Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü İlham Musa oğlu Kərimov idarə etdiyi “VAZ 21154” markalı, 62-BG-559 dövlət nömrə nişanlı avtomobillə Muxax kəndinin mərkəzi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - rayonun Muxax kənd sakini, 1999-cu il təvəllüdlü Həlimə Murtuz qızı Abakarova, Bakı şəhər Qaradağ rayon sakinləri, 1995-ci il təvəllüdlü Tünzalə Əsəd qızı Əsədova və 2001-ci il təvəllüdlü Məryəm Qəmbər qızı İbrahimovanı vurub. Xəsarət alan hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan H. Abakarova xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

T.Əsədova və M.İbrahimovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top