04.11.2015
Qəzalar
Maşın ağaca çırpıldı- Sürücü öldü
Şəkinin Sarıca kəndində (rayon mərkəzindən 60 km aralı) 1958-ci il təvəllüdlü Balağayev Saməddin Kamaləddin oğluna məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Cars-az FHN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində S.Balağayev hadisə yerində ölüb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Cavid