04.11.2015
Qəzalar
Lənkəranda baş verən qəzada sürücü öldü
Lənkəran rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Qumbaşı kəndində qeydə alınıb. Astara rayon sakini Elçin Musayevin və Salyan rayon sakini Razim Xuduyevin idarə etdikləri “Shacman” markalı avtomobillər toqquşub. Nəticədə E.usayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.