Siyəzəndə ata və oğul yol qəzasına düşdü

Siyəzəndə ata və oğul yol qəzasına düşdü

Siyəzəndə ata və oğul yol qəzasına düşdü

Siyəzən rayonunun Zarat kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, Abşeron rayonu Masazır qəsəbə sakini Rakim Şahməmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə R.Şahməmmədovun sərnişini həmyerlisi Etibar Şahməmmədov və oğlu Haldun xəstəxanaya yerləşdiriliblər. Etibar orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top